Təhsildə güzəşt eləmək vətənə xəyanət kimi bir şeydir

0
47
emin-emrullayev-tehsil-naziri

Təhsildə güzəşt elə də yaxşı söz deyil, təhsildə güzəşt eləmək vətənə xəyanət etmək kimi bir şeydir.

Bineqedi.com xəbər verir ki, bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün sertifikatlaşdırmada hansısa güzəşt etmək doğru deyil.

“Biz başa düşməliyik ki, əgər adamın ixtisası məktəbəqədər təhsil deyilsə, deməli, həmin şəxsin faydası da olmayacaq”.

Nazir deyib ki, 700-dən çox müəllimin əmək müqaviləsinə xitam vermək ağırdır, amma başqa yol yoxdur.

Bu il 600 bal toplayıb ibtidai sinif müəllimliyini seçənlərin sayı çoxdur.

Bunu yeni tədris ili ilə bağlı media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

“Əvvəllər 500 baldan yuxarı toplayıb ibtidai sinif müəllimi seçənlərin sayı bir neçə nəfər idi. Ötən il isə bu artıq bir neçə yüz nəfər idi. Bizim sertifikasiya imtahanlarımız var. 200 bal toplayan ibtidai sinif müəllimləri bilməlidir ki, 600 bal yığan şəxslə rəqabət aparacaq”, – nazir qeyd edib.

Onun sözlərinə görə, ibtidai sinif müəllimi vəzifəsinə də yüksəl bal toplayan namizədlərin sayı çoxdur: “Yəni kimsə düşünməsin ki, ibtidai sinif müəllimlərinin hamısı aşağı bal toplayanlardır”.

Hazırda məktəbə telefon gətirməklə bağlı qadağa yoxdur. 

“Lakin məktəblərin daxili qaydaları var. Müəllim, yaxud şagird telefonla oynaya olmaz. Biz indi bəzi məktəblərdə telefon gətirilməməsi ilə bağlı pilot layihə təqdim etmişik. Nəticələrə əsasən qərar verəcəyik. Telefonun şagirdin mülkü olduğunu nəzərə almaq lazımdır. “Başqa ölkələrdə var, biz də edək” deyə kor-koranə qərar qəbul edilməsi yaxşı deyil. Ancaq gələcəkdə telefon qadağası gündəmdə ola bilər”, – nazir vurğulayıb.

Son keçirdiyimiz monitorinqdə gördük ki, 4-cü sinif şagirdi riyaziyyatdan problem yaşayır.

“Bu, 2028-ci ilin qəbul imtahanlarının nəticəsini göstərir. Biz müəllimlərdən vəziyyətin niyə bu halda olduğunu soruşuruq. Ona görə də bütün problemlər ibtidai sinifdən başlayır. Vəziyyətin ilk olaraq burada yaxşılaşdırılması lazımdır. Bunun üçün biz monitorinqləri davam etdirəcəyik”, – o vurğulayıb.

Əvvəlki məqalə244 nömrəli məktəbin bu sinfinin bütün məzunları tələbə oldu – BÖYÜK UĞUR
Növbəti məqalədə“Azərsilah” Müdafiə Sənayesi Holdinqi yaradılır