Binəqədidəki Milli Qəhrəmanlar parkında onun da büstü var…

0
66

Sədiyev Vəzir İsa oğlu 6 iyun 1961-ci ildə doğulub. İbtidai təhsilini doğma kəndlərində, orta təhsilini isə Qərbi Azərbaycanın Körpülü kəndində almışdır. O, sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra onu təyinatla Rusiyanın Qorki şəhərindəki hərbi məktəblərdən birinə müəllim göndərirlər. Burada 3 il müəllimlik etdikdən sonra könüllü olaraq Əfqanıstana gedir.
Batalyon komandiri kimi Əfqanıstan müharibəsində 2 il 4 ay iştirak edib.
Dəhşətli Xocalı Soyqırımı xəbərini eşidərkən onu Zabaykalda heç bir qüvvə saxlaya bilmədi. O, Azərbaycanın Müdafiə Nazirliyinə müraciət etdi. Nazirliyin 26 avqust 1992-ci il 01529 saylı əmrinə əsasən o, Artilleriya və Hərbi Hava Qüvvələri İdarəsində döyüş hazırlığı şöbəsinin rəis müavini vəzifəsinə təyin edildi.
1993-cü ilin fevral ayının 19-u cəsur komandir Vəzir Sədiyev Ağdərənin Aterk kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Vəzir Sədiyev hərbi xidməti zamanı 2 orden, 3 medal və eləcə də keçmiş SSR-i Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdir.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə mayor Sədiyev Vəzir İsa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində 25 fevral 2014-cü ildə istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Vəzir Sədiyevin büstü ucaldılmışdır.

Əvvəlki məqaləBİNƏQƏDİ RAYON İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən komissiyalar
Növbəti məqalədəBinəqədi Rayon Qeydiyyat Şöbəsi