Binəqədidə qardan təmizlik işləri davam edir – Foto

0
2964
bineqedi-qar-yagdi-qar-bineqed-yollar-buz

Dünən gecədən intensiv yağan qarın təmizlənməsi ilə əlaqədar paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

Bineqedi.com saytına verilən məlumata görə, gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib.

Səhər tezdən kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işləri həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb. Təmizlik işləri gün ərzində davam edəcək.

Bir 23 nəfər, qartəmizləyən, yol və mətn şəkili ola bilər

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO
Növbəti məqalədəBinəqədidə aptekdən 500 manat apardı