Bu gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən apteklərin birindən 500 manat oğurlanıb.
Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 27 yaşlı S.Bəkirov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakı şəhərinin Binəqədi qəsəbəsində yanğın olub.
Bineqedi.com FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m² (hər mərtəbəsi 25 m²) olan ikimərtəbəli 3 otaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

















