Pezeşkian Bakıdadır – Video

0
2942

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana yola düşüb.

Bineqedi.com xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, İran lideri Bakıda bir sıra görüşlər keçirəcək.

***

İran Prezidenti Məsud Pezeşkian bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidentini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

 


Əvvəlki məqaləBu şəxslərə işə gəlməsələr də 6 ay maaş veriləcək – YENİLİK
Növbəti məqalədəAzərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTO