Binəqədidə “Narkotiksiz gələcək naminə” mövzusunda görüş keçirilib – FOTO

0
2949
Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 8-ci mikrorayon, H.Dadaşov küçəsi 79 ünvanında fəaliyyət göstərən 135 nömrəli tam orta məktəbdə “Narkotiksiz gələcək naminə” mövzusunda görüş keçirilib.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının katibi Nicat Allahverdiyev, Binəqədi Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Mürvələtov, Binəqədi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin rəisi, polis kapitanı Orxan Məmmədli, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, polis mayoru Kamil Məmmədov, Binəqədi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin inspektoru, polis kapitanı Nərmin Məmmədova, 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova və məktəbin kollektivi iştirak etdi.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə açan 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirdə şıxış edən Ilqar Məmmədov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkib. Qeyd edilib ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbilər keçirilib. İdarə rəisi Ilqar Məmmədov qeyd etdi ki, narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruridir.
Sonra çıxış edən Binəqədi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin inspektoru, polis kapitanı Nərmin Məmmədova məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verib.
Sonda çıxış edən Sevinc Süleymanova bildirdi ki: “Narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Yeniyetmə və gənclərin əsrimizin bəlasına çevrilən ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəlada uzaq tutmaqdır. Komissiyasının sədri Sevinc Süleymanova gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verdi.
Tədbir tələbələri maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandırılmaqla müzakirə formatında davam etdi.
Bineqedi.com
Bir 7 nəfər və mətn şəkili ola bilər
Bir 8 nəfər, platforma və mətn şəkili ola bilər
Bir 9 nəfər, platforma və mətn şəkili ola bilər
Bir 5 nəfər şəkili ola bilər
Bir 6 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və dərs oxuyan insanlar şəkili ola bilər
Əvvəlki məqaləPrezidentdən sənaye parkları ilə bağlı – Fərman
Növbəti məqalədəEldar Əzizov Biləcəridə sakinlərin problemlərini dinlədi – Foto