BİNƏQƏDİ RAYONU: 102 nömrəli tam orta məktəb barədə məlumatlar

0
120
bineqedi-mekteb-102-nomreli-tehsil

Bakı şəhəri, Binəqədi rayonu M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəb 1964-cü ildə tikilib istifadəyə verilib.

1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 sentyabr 1993-cü il tarixli, 516 №-li qərarına əsasən, görkəmli pedaqoq Mirzə Xosrov Axundzadənin adını daşıyır.

Bineqedi.info xəbər verir ki, məktəb 2011-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub, strukturu dəyişdirilib.

Fəaliyyət göstərdiyi dövrdən bir çox uğurlara imza atan təhsil ocağı 2010-2011-ci tədris ilində “50 ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub, diplomla təltif edilib.

bineqedi-mekteb-102-nomreli-tehsil1

Şagirdlərin təlim tərbiyəsi ilə 113 nəfər müəllim heyəti məşğul olur. Məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir;  təlim  Azərbaycan və rus dillərində aparılır. Məktəb 2 növbəlidir, 5 günlük iş rejimi ilə işləyir. “Təhsil haqqında qanun”a uyğun olaraq təhsil 3 pillədən ibarətdir. İbtidai təhsil pilləsi I-IV sinifləri, ümumi orta təhsil pilləsi V-IX sinifləri, tam orta təhsil pilləsi X-XI sinifləri əhatə edir. Tədrisin hər üç pilləsində şagird şəxsiyyətinin formalaşdırılması Azərbaycan Respublikasının ümumi təhsil məktəblərinin nümunəvi “Əsasnaməsi”nə uyğun aparılır.

Məktəbin müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, şəbəkəyə qoşulmuş kompüter otaqları, kitabxanası, bufeti, akt və idman zalları vardır. Sinif otaqları, dəhlizlər kamera vasitəsi ilə izlənilir.

mekteb-tehsil-imtahan-test-braxilis-bineqedi

Tədris prosesində İKT avadanlıqlarından; kompüter, “ağıllı” lövhələr, noutbook və proyektorlardan istifadə olunur.

Məktəb kitabxanası həm bədii ədəbiyyatla, həm də dərsliklər və dərs vəsaitləri, metodik vəsaitlərlə təmin olunub.

Məktəbin I siniflərinə şagird qəbulu elektron qaydada aparılır. Azərbaycan və rus bölməsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.

Məktəbdə şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, yaradıcı təfəkkürünün inkişafı, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış “Kiçik Akademiya”, “Bacarıqlı əllər”, “Gənc riyaziyyatçılar” “İngilis dili” və idman dərnəklərı fəaliyyət göstərir.

Mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, ekskursiyalar təşkil edilir. Məktəbimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində keçirdiyi “Ekoloji aylıqlar”, “Məktəb icması”, “Kiçik Akademiya” layihələrinə qoşulub və uğurlu nəticələr əldə edib.

Məktəbin saytı 2017-ci ilin may ayında ümumi təhsil müəssisələri arasında keçirilən “Ən yaxşı məktəb saytı” müsabiqəsinin may ayı üzrə qalibi olub.

2017-2018-ci tədris ilində məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 1-ci qrant müsabiqəsində “Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru” layihəsi ilə qalib olub və layihə uğurla icra edilib.

2016-2017-ci və 2017-2018-ci tədris illərində XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinə görə reytinq cədvəli üzrə irəliləyərək Bakı şəhəri üzrə 55-ci, Binəqədi rayonu üzrə isə 5-ci yeri tutub və “Yaxşı nəticəli məktəb” statusu alıb.

Məktəbin direktoru İsmayılova Mailə Həşim qızıdır.

maile-ismayilova-mekteb-direktor-bineqedi

Mailə İsmayılova 1965-1975-ci illərdə Bakı şəhəri 115 nömrəli məktəbdə orta təhsil alıb. 1976-cı ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. Ali təhsili bitirdikdən sonra 1981-ci ildə Elmlər Akademiyasının Mexanika-riyaziyyat İnstitutunda baş laborant vəzifəsində fəaliyyətə başlayıb. 1984-1995-ci illərdə Bakı Dövlət Universitetinin Elmi-tədqiqat şöbəsində kiçik elmi işçi vəzifəsində fəaliyyətini davam etdirib. 1995-ci ildən 2006-cı ilə qədər Bakı şəhəri Nərimanov rayonu 207 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 2008-ci ildən hal-hazıradək M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləyir.

Binəqədi rayonu İcra hakimiyyəti tərəfindən “Təhsil sistemindəki səmərəli fəaliyyətinə və gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərinə görə” Fəxri Fərmanla təltif olunub. Fəaliyyəti dövründə məktəb bir çox uğurlara imza atıb. 2010-2011-ci tədris ilində “50 ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub, diplomla təltif edilib. 2017-2018-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə I qrant müsabiqəsində “Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru” layihəsi ilə qalib olub və layihə uğurla icra edilib. Məktəb kollektivi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində keçirdiyi “Ekoloji aylıqlar” layihəsi çərçivəsində keçirilən müsabiqələrdə fəal iştirak edərək II və III yerləri tutub. Ailəlidir. 2 övladı var.

Telefon: 012-562-75-19
Email: 102mekteb@bakuedu.gov.az
Ünvan: A. Gəraybəуli küçəsi 73

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində esse müsabiqəsi keçirilib
Növbəti məqalədəBakıda aptekdən 7 min manat oğurlanıb