Paytaxt sakini olan bir neçə qadın polisə müraciət edərək “TikTok”da tanış olduqları şəxsin onlardan hədə-qorxu ilə pul tələb etdiyini, əks təqdirdə barələrində rüsvayedici məlumat və fotoşəkillər paylaşacağını bildiriblər.
Bineqedi.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə qadınlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs – 19 yaşlı Müqdət Nəhmədov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, M.Nəhmədov qadınların sosial şəbəkədəki fotolarını götürərək başqa saxta hesablar açıb və onların fotoşəkillərini orada paylaşıb. Daha sonra isə həmin qadınlarla əlaqə saxlayaraq şəkillərin silinməsi müqabilində pul tələb edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğın nəticəsində 12 hektar sahədə quru ot və kol-kos yanıb.
Ərazidəki ağaclar və ictimai iaşə obyektləri yanğından mühafizə olunub.