Magistratura üzrə keçid balları artacaq? – DİM sədri AÇIQLADI

0
2470

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən imtahanın hər iki cəhdin nəticələri tam şəkildə (esse nəticələri ilə birlikdə) elan olunub.

Ekspertlər qeyd edir ki, bu il keçirilən magistraturaya qəbul imtahanının ikinci cəhdi birinci ilə müqayisədə daha asan olub. İştirakçıların nəticələri yüksək qiymətləndirilib.

Bu halda magistratura üzrə ixtisaslara keçid balların artacağı da düşünülür. Bineqedi.com modern.az-a istinadla xəbər verir ki, DİM sədri Məleykə Abbaszadə keçən illə bu il balların paylanması diaqramına baxdıqda nəticələrin təxminən eyni səviyyədə olduğu bildirib:

“Biz bilmirik, hansı plan yerləri magistratura ilə əlaqədar təqdim olunacaqdır. Çünki nazirlər kabinetindən gələn yerlər hələ ki, bakalavriat və orta ixtisas məktəblərinə aiddir. Amma mən gözləyirəm ki, müsabiqə şərtləri ötənilki ilə eyni səviyyədə olacaq”, – deyə DİM sədri əlavə edib.
Əvvəlki məqaləPolis qadınları “TikTok”da şantaj edən şəxsi saxlayıb, zərərçəkənlər var
Növbəti məqalədəAzərbaycanda bu qadınlar 1460 manat əmək haqqı alacaq