Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları noyabrın 1-də rayonda “VAZ-2107” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri N.İsmayılovu və bir yeniyetməni saxlayıblar.
Bineqedi.info saytının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayondakı kafelərin birindən 10 min manat dəyərində avadanlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Azayev yaxalanıb
Oğurluq etdiyinə görə tutulmuş F.İdrisovun, Ö.İsmayıllının, Ş.Əliyevin və A.Əbilovla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların iki avtomobildən ümumilikdə 110 manat pul oğurladıqları da müəyyənləşdirilib.
Bineqedi.info