7-ci mikrorayonda qadına qarşı quldurluq edən qardaşlara hökm oxunub

0
64
abay-kunanbayev-kucesi-bineqedi

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqla ittiham edilən Nurlan Həsənzadə və Ruslan Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ku, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərin hər birinə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

1997-ci təvəllüdlü Nurlan və 1999-cu il təvəllüdlü Ruslan qardaşları aprelin 28-də Bakı şəhər sakini X.Əhmədovaya hücum edərək onun boyunbağısını alıblar.

Hadisə Binəqədi rayonunda, A.Kunanbayev küçəsində baş verib. Qardaşlardan biri qadına bıçaq çəkib, digəri isə arxadan boyunbağını açaraq götürüb.

Onlar ilkin ifadəsində bu əməli borcları olduğu üçün etdiklərini söyləyiblər. Qardaşlar ələ keçirdikləri boyunbağını 1500 manata sataraq öz aralarında bölüblər. Başqa bir şəxsə borclu olduqları 350 manatı isə evdə saxlayıblar. Lakin pulu qaytarmağa imkan tapmadan polis onları yaxalayıb.

Hər ikisinə Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə 81 yaşlı kişi qəza törətdi: ana və 2 yaşlı oğlu öldü
Növbəti məqalədəBİNƏQƏDİ RAYONU : 143 nömrəli tam orta məktəb barədə məlumatlar