BİNƏQƏDİ RAYON İcra Hakimiyyəti başçısının müavinləri

0
35753
bineqedi-rayon-icra-hakimiyyeti1

Süleymanov İlqar Qəzənfər oğlu 12 iyul 1970-ci ildə Gədəbəy rayonunun Keşişkənd kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Maliyyə kredit” fakultəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1992-ci ildə Xızı rayon Dövlət Vergi Müfəttişliyində Dövlət vergi müfəttişi, şöbə rəisi olaraq başlamış, 2000-2001-ci illərdə Xızı rayonu üzrə Vergilər şöbəsinin rəisi, 2001-2002-ci illərdə Nəsimi rayonu üzrə Vergilər İdarəsində rəis müavini, 2002-2004-cü illərdə Bakı şəhəri Baş Vergilər İdarəsində Operativ nəzarət idarəsinin rəis müavini, 2004-2010-cu illərdə Vergilər Nazirliyinin vergi ödəyicilərinin auditi baş idarəsinin şöbə rəisi, 2010-2012-ci illərdə 6 saylı Ərazi Vergi İdarəsinin rəisi, 2012-ci ildə Vergilər Nazirliyinin iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsində rəis müavini vəzifələrində çalışmışdır.2004-cü ildə Türkiyə Cümhuriyyətinin Maliyyə Nazirliyində “Vergi auditi”, 2007-ci ildə ABŞ Xəzinədarlıq Departamentinin “İdarəçilik Bacarıqlarının Təkmilləşdirilməsi”, 2008-ci ildə ABŞ Xəzinədarlıq Departamenti Texniki Yardım Ofisinin “Vergi yoxlamasında Yönləndirici vərəqələrdən istifadə olunması”  və həmin ildə “Layihə İdarəçiliyi” kurslarını bitirmişdir.
Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2012-ci il tarixli 150 nömrəli əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə, 04 dekabr 2013-cü il tarixli 148 nömrəli əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, dörd övladı var.

İsmayılov Vüsar Qəşəm oğlu 6 aprel 1973-cü ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsini, 2006-cı ildə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakultəsini və Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir.
1990-1993-cü illərdə Şərur rayonu 16 saylı mexanikləşdirilmiş səyyar dəstədə II dərəcəli fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1994-1997-ci illərdə YAP Şərur rayon təşkilatının “İnam yolu” qəzetində şöbə müdiri, 1997-2000-ci illərdə Təsərrüfat hesablı təmir-tikinti idarəsində hüquq məsləhətçisi, 2000-2001-ci illərdə 3 saylı mənzil tikinti trestinin 18 saylı təmir tikinti idarəsində hüquq məsləhətçisi, Nərimanov rayon ƏƏSMM-də pensiya üzrə müfəttiş, 2001-2008-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatında İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri vəzifələrində işləmişdir.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 may 2008-ci il tarixli 22 nömrəli Əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir.
Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini almışdır.
Ailəlidir, üç övladı var.

Əliyeva Aygün Nazif qızı 29 iyul 1988-ci ildə Rusiya Federasiyasının Tümen vilayətinin Koqalım şəhərində anadan olmuşdur.
Nizami rayonu Etibar Cəlilov adına 272 saylı orta məktəbdə orta təhsil almışdır.
2006-2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr, 2010-2012-ci illərdə həmin universitetin eyni ixtisası üzrə magistr pilləsində təhsil almışdır. 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.
2006-cı ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyətinə 2010-cu ildə Azərbaycan Dillər Universitetində başlamış, 2012-ci ildən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin layihələr üzrə koordinator vəzifəsində, 2013-cü ilin dekabr ayının 4-dək Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında baş təlimatçı vəzifəsində çalışmış, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 4 dekabr 2013-cü il tarixli 149 saylı əmri ilə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsini almışdır. Ailəlidir, iki övladı var.

Əvvəlki məqaləKənd Təsərrüfatı muzeyi Binəqədi ərazisində 1924-cü ildə yaradılıb – FOTO
Növbəti məqalədəBİNƏQƏDİ RAYON Icra Hakimiyyəti – Apelyasiya Şurasının tərkibi