Binəqədidə Vətən Müharibəsi şəhidləri yad edildi – Foto

0
9139
27 Sentyabr – Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Binəqədi rayonunda da şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi.
Bineqedi.com xəbər verir ki, 27 Sentyabr – Anım Günündə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, Rayon İcra Hakimiyyəti başçısı yanında sahə və qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin rəhbərləri, qazilər, ictimai birliklərin üzvləri, ziyalılar və rayon ictimaiyyəti II Fəxri Xiyaban, Xocəsən, Biləcəri və Binəqədi qəsəbələrində yerləşən Vətən müharibəsi Şəhidlərinin Xiyaban Komplekslərini ziyarəti etdilər.
Tədbir iştirakçıları şəhid məzarları önünə gül dəstələri düzərək, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.
Şəhid valideynləri övladları ilə fəxr etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Dövlətimizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Bir 7 nəfər, Naməlum əsgərin məzarı və mətn şəkili ola bilər
Bir 13 nəfər və mətn şəkili ola bilər
Bir 8 nəfər, Naməlum əsgərin məzarı və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 11 nəfər və mətn şəkili ola bilər
Bir 12 nəfər şəkili ola bilər
Bir 15 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər şəkili ola bilər
Əvvəlki məqaləPrezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Növbəti məqalədəCabir İmanov vəfat etdi