Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9143
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 103 saylı ünvanında zirzəmidə suyun olması, M.Cəlal küçəsi 123 saylı ünvanda binanın 4-cü girişində pilləkəndə tutacağın quraşdırılması, M.Cəlal küçəsi 53 saylı ünvanda zirzəminin dezinfeksiya olunması, M.Cəlal küçəsi 45 və 47 saylı ünvanlarda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, M.Cəlal küçəsi 105 saylı ünvanda binanın 8-ci girişində su sayğaclarına axan suyun qarşısının alınması və həmin ünvanda quraşdırılmış dolabların sökülməsi, H.Babaşov küçəsi 3 saylı ünvanında mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, İ.Cümşüdov küçəsi 15 saylı ünvanda həyətdə oturacağın quraşdırılması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bunu deyən yazı "GRS" şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləAzərbaycanda pensiya yaşı artırılacaq? – RƏSMİ AÇIQLAMA
Növbəti məqalədəBiləcəridə heyvanlara qarşı rəhmsiz davranan şəxslə bağlı tədbir görüldü