Binəqədidə hamam yandı – Video

0
9143
bineqedi-yangin-partlayis

Bakı şəhəri, Binəqədi rayonu, Emin Bağırov küçəsində yerləşən hamamda yanğın baş verib.

Bineqedi.com  xəbər verir ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 320kv.m. olan hamamın saunasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən hamamın digər otaqlarına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m. olan saunanın taxta üzlüyü 50kv.m. sahədə yanıb, yüksək temperaturdan 70kv.m. sahədə taxta üzlük deformasiya edib.

Hamamın qalan hissəsi yanğından mühafizə olunub.

***

Bakıda avtotəmir sexlərinin birində ölüm hadisəsi baş verib.

Yanvarın 2-si saat 13 radələrində paytaxt sakini 1961-ci il təvəllüdlü Məhəmməd Qasımov işlədiyi Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsindəki avtotəmir sexində qəfil vəfat edib.

Onun infarktdan dünyasını dəyişdiyi bildirilib.

Araşdırmalar aparılır.

 

Əvvəlki məqaləÜrək xəstəlikləri – “Səssiz qatil” adlanan problemin səbəbləri nələrdir?
Növbəti məqalədəHərbi qulluqçular üçün yeni qərar – Kimə 5 aylıq, kimə 2 aylıq müavinət veriləcək?