“Bandotdel” əməliyyat keçirdi, həbs olunanlar var – VİDEO

0
9088
bineqedi-qetl-kafe-polis-binagadi

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.

Bineqedi.com nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 41 yaşlı Orxan Ağamalı, tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar.

Onlardan 34 kiloqram 450 qram müxtəlif xassəli narkotik vasitələr aşkarlanıb.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

 

Əvvəlki məqaləBakıda küçə itləri ana və övladlarına hücum etdi – VİDEO
Növbəti məqalədəBinəqədi Gənclər Evində Xalq rəssamı Ömər Eldarov ilə görüş keçirilib – FOTO