Binəqədidə növbəti ağacəkmə aksiyası keçirildi – Foto

0
9878
bineqedi-agac-ekme-aksiyasi-mikrorayon2.png
Binəqədi Rayon İcra Hakimiyyəti və Biləcəri Bələdiyyəsinin birgə təşkilatçılığı ilə qəsəbənin 10 May küçəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı ərazidə ümumilikdə 200 ədəd ağac əkilərək qəsəbənin ekoloji mühitinin yaxşılaşdırılmasına və yaşıllıq sahələrinin artırılmasına töhfə verilmişdir. Bineqedi.com xəbər verir ki, ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilati məsələlər sektorunun, Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Biləcəri Bələdiyyəsinin əməkdaşları, qəsəbə ictimaiyyəti iştirak ediblər.
Təşəbbüs qəsəbədə ekoloji balansın qorunması, şəhər mühitinin daha sağlam və estetik formalaşdırılması məqsədi daşıyır.
Bir ağac şəkili ola bilər
Bir ağac şəkili ola bilər
Bir ağac şəkili ola bilər
Bir ağac və bunu deyən yazı "2026-ciil potve ር! CHORSALM aHARSALMA va MEMARLIQILI" şəkili ola bilər
Əvvəlki məqaləPrezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım – Foto
Növbəti məqalədəRəsulzadə qəsəbəsində ailə ənənəsi davam edir – Dövlət dəstəyi ilə dərzi sexi yenilənib