Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası keçirildi – Foto

0
9089
bineqedi-iclas
Binəqədi RİH yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Bineqedi.com xəbər verir ki, iclasda RİH yanında İctimai Şuranın sədri İradə Rizazadə və Şuranın üzvləri iştirak etdilər.
İclasda Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri İradə Rizazadə çıxış edərək Şuranın fəaliyyətindən, İctimai Şura ilə dövlət qurumları arasında əlaqələrin daha da möhkəmlənməsi, rayon sakinlərinin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi istiqamətində görülən zəruri işlərdən söhbət açdı.
Məruzə ətrafında çıxış edənlər öz işinini İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran İctimai Şura ilə sıx əməkdaşlıq əlaqələrindən, vətəndaşların qarşılaşdığı problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri işlərin aparılmasının vacibliyindən danışdılar.
Çıxış edənlər İctimai Şuranın daha aktiv və fəaliyyət istiqamətlərinə dair müzakirələr apardılar.
Bir dərs və mətn şəkili ola bilər
Əvvəlki məqaləBeynəlxalq Gənclər Günü Binəqədidə geniş proqramla qeyd edilib – FOTO
Növbəti məqalədə“Dərnəgül” elektrik deposu qismən istifadəyə verildi – Video