Beynəlxalq Gənclər Günü Binəqədidə geniş proqramla qeyd edilib – FOTO

0
9089

Beynəlxalq Gənclər Günü münasibətilə Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə gəncləri bir araya gətirən geniş tədbir proqramı təşkil olunub.

Bineqedi.com xəbər verir ki, tədbirin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin ictimai fəallığını artırmaq, təşəbbüslərini dəstəkləmək, şəxsi və peşəkar inkişaflarına töhfə vermək, həmçinin fəallığı və təşəbbüskarlığı ilə seçilən gəncləri təşviq etməkdir.

Tədbirdə çıxışlar zamanı Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən, gənclərin təhsil, inkişaf və özünüreallaşdırma imkanlarının genişləndirilməsindən bəhs olunub. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla və ardıcıl şəkildə davam etdirilir. Gənclərə göstərilən diqqət və etimad onların ölkənin ictimai, elmi, mədəni və idman həyatında fəal iştirakına geniş imkanlar yaradır.

İki hissədən ibarət proqramın ilk hissəsində Binəqədi Gənclər Evində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada ictimai fəaliyyəti, təşəbbüskarlığı və nailiyyətləri ilə fərqlənən gənclər iştirak ediblər.

Görüş zamanı gənclərin inkişaf imkanları, gələcək hədəfləri, cəmiyyətdə rolu və yeni təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, dövlət tərəfindən gənclər üçün yaradılan imkanlar və müasir Azərbaycan gəncliyinin qarşısında açılan yeni perspektivlər barədə müzakirələr keçirilib.

Tədbir çərçivəsində Beynəlxalq Gənclər Gününə həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib, fəallığı, təşəbbüskarlığı və fəaliyyəti ilə seçilən gənclərə xüsusi hədiyyələr təqdim olunub.

Tədbirin ikinci hissəsi Binəqədi Gənclər Evinin açıq ərazisində və stadionunda musiqili-əyləncəli proqramla davam edib.

Beləliklə, Binəqədi Gənclər Evində keçirilən tədbir Beynəlxalq Gənclər Gününü həm rəsmi və motivasiya xarakterli görüş, həm də musiqili-əyləncəli proqram formatında qeyd etməyə imkan yaradıb. Tədbir gənclərin bir araya gəlməsi, fikir və təcrübə mübadiləsi aparması, yeni əlaqələr qurması və əlamətdar günü birlikdə qeyd etməsi baxımından əhəmiyyətli platforma olub.

Beynəlxalq Gənclər Günü Binəqədidə geniş proqramla qeyd edilib | Icma.az

Beynəlxalq Gənclər Günü Binəqədidə geniş proqramla qeyd edilib | Icma.az

Beynəlxalq Gənclər Günü Binəqədidə geniş proqramla qeyd edilib | Icma.az

Əvvəlki məqaləBlokadadan qlobal logistika mərkəzinə – Naxçıvanın geosiyasi çəkisi artır – ŞƏRH
Növbəti məqalədəBinəqədi RİH yanında İctimai Şuranın növbəti iclası keçirildi – Foto