Binəqədidə Dövlət Suverenliyi Günü qeyd olundu – Foto

0
9881
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına istirahət parkında 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş “Suveren Azərbaycan-milli qürurumuz və dövlətçilik irsimiz” adlı tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri-Kəmaləddin Qafarov, Azay Quliyev, Elşad Musayev, Səbinə Xasayeva, Məlahət İbrahimqızı, Rasim Musabəyov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti, qazilər və hərbçilər, Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, idarələrin, ictimai birliklərin nümayəndələri, gənclər iştirak etdilər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə ölkəmizdə 20 Sentyabr-Dövlət Suverenliyi Gününün təsis edildiyi və bu tarixin Azərbaycan xalqının əsrlər boyu davam edən mübarizəsinin, milli iradəsinin və dövlətçilik əzminin ifadəsi olduğu, dövlət başçısının müdrikliyi, Azərbaycan xalqının iradəsi, ordumuzun gücünün təntənəsi nəticəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə və qürurla dalğalandığı, Dövlət Suverenliyi Gününün xalqımızın milli birliyinin, müstəqil və qüdrətli Azərbaycanın əbədi mövcudluğunun rəmzi olaraq tariximizdə xüsusi yer tutduğu fikirləri səsləndi.
20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin ifasında hərbi marş, Azərbaycan Respublikasının xalq artistləri Nəzakət Teymurovanın, Mübariz Tağıyevin, Azərbaycan Respublikasının əməkdar artisti Ədalət Şükürovun, müğənnilər Murad Arifin, Yaqut Xəlilzadənin ifalarında xalq mahnıları, vətənpərvər ruhlu kompozisiyalar səsləndi, “Gənclik” rəqs ansamblının gözəl rəqs nümunələri nümayiş olundu.
Bir Naməlum əsgərin məzarı şəkili ola bilər
Bir Naməlum əsgərin məzarı şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Bir kütlə şəkili ola bilər
Bir kostyum şəkili ola bilər
Bir bunu deyən yazı "さ" şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləElxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto