Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
9091
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Teymur Yaqubov küçəsində aşma təhlükəsi olan ağacın götürülməsi, qəsəbə ərazisində yağan güclü yağış zamanı sıradan çıxmış kanalizasiya lyuklarının təmiri, Əhməd Qasımov küçəsində tunelin çıxışında dəmir barmaqlıqların təmiri, Mikayıl Mikayılov və İlqar Kərimov küçələrinin kəsişməsində yeni su xəttinin çəkilməsi, Rəşid İsmaylov 5057/68-ci məhəllədə sahibsiz heyvanların yığışdırılması, Ordubadi və Qaçaq Nəbi küçələrinin birləşməsində avtobus dayanacağının quraşdırılması, Vidadi küçəsində asfalt örtüyünün çəkilməsi, 20 Yanvar parkında 4 ədəd sıradan çıxmış oturacağın yenidən təmir edilməsi ilə bağlı köməklik göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Возможно, это изображение костюм
Возможно, это изображение один или несколько человек и текст
Возможно, это изображение один или несколько человек
Возможно, это изображение один или несколько человек
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləBu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək
Növbəti məqalədəBinəqədidə Dövlət Suverenliyi Günü qeyd olundu – Foto