Birinci sinifə şagird qəbulu qaydası dəyişdirilir

0
64
bineqedi-rayon-mekteb-tehsil-sagird-usaq

Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinifinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

Bineqedi.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməlidir.

Əvvəlki məqaləBinəqədidə atasını baltalayan qadın psixoloji müalicə alacaq – MƏHKƏMƏ
Növbəti məqalədəBir nəfəri öldürdü, Binəqədiyə gəlib ata və oğula xəsarət yetirdi… – MƏHKƏMƏ