Ali və orta ixtisas məktəblərinə sənəd qəbulunun vaxtı dəyişdirildi

0
39
imtahan

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı dəyişdirilib.

Dövlət İmtahan Mərkəzindən Bineqedi.info saytına verilən xəbərə görə, sənəd qəbulunun martın 16-dan – aprelin 14-dək aparılması nəzərdə tutulurdu.

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun martın 30-dan aprelin 27-dək aparılması nəzərdə tutulur. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar üçün SQK-ların siyahısı və onların fəaliyyət müddəti haqqında əlavə məlumat veriləcək.

Əvvəlki məqaləBinəqədi rayonunda operativ qərargah hansı işləri görəcək? – Foto
Növbəti məqalədəBinəqədidə “Mənzil dələduzluğu”nda ittiham edilənə məhkəmə bəraət verdi