Milli Ordunun yaranmasının ildönümü münasibəti ilə Binəqədidə tədbir keçirilib

0
68
bineqedi-rayonu-milli-ordu

İyunun 24-də Binəqədi rayonu, Fövqəladə Hallar Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində Milli Ordunun yaranmasının ildönümünə həsr edilmiş tədbir keçirilib.

Rayon İcra Hakimiyyətindən Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Hərbi Hissə komandirinin müavini Polkovnik-leytenant Zabil Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları hərbi hissəsinin zabit və əsgər heyəti iştirak edib. 

bineqedi-rayonu-milli-ordu1
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov tədbiri açıq elan edərək hazırda ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu olduğunu bildirib.
Çıxış edən Fövqaladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları hərbi hissə komandirinin müavini Polkovnik-leytenant Zabil Əliyev Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimizin son illər sürətlə inkişaf ediyini, bu gün ordu quruculuğunun dövlətimizin başçısının diqqət mərkəzində olduğunu bildirib.

bineqedi-rayonu-milli-ordu2
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev Aprel döyüşlərinin dövlətimizin, ordumuzun gücünü və qüdrətini düşmənə və bütün dünyaya nümayiş etdirdiyini dedi. Natiq düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altındakı mühüm əhəmiyyətə malik yüksəkliklərin azad edildiyini qeyd edib. N.Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, aprel döyüşləri tarixdə Azərbaycanın böyük hərbi qələbəsi kimi qalacağının əminliyindən bəhs edib. 

bineqedi-rayonu-milli-ordu3
Sonda ordu sıralarında xidmətdə fərqlənən bir qrup zabit və əsgər Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin Fəxri fərmanları ilə təltif edilib. Tədbir “İlahə xalq çalğı” ansamblının ifasında bayram konserti ilə davam etdirilib.

bineqedi-rayonu-milli-ordu4

Əvvəlki məqaləBinəqədi ilə tanış olaq: rayonda hansı küçələr var? – SİYAHI
Növbəti məqalədəBinəqədidə könüllülük fəaliyyətinə qoşulmaq istəyən gənclər – Bura müraciət edin