Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa müvafiq olaraq Binəqədi Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 18-29 yaşlı gəncləri “Sən də Könül ver” layihəsinə dəvət edir.
Bineqedi.info-ya verilən məlumata görə, namizədlər üçün tələblər aşağıdakılardır:
- İntizamlılıq;
- Xoşrəftarlılıq;
- Ünsiyyətcillik;
- Operativlik;
- Kollektivdə işləmək bacarığı;
- Təşkilatçılıq;
- Təşəbbüskarlıq;
- Kompüter bacarığı;
Könüllülük fəaliyyətinin müddəti: 2 aydır.
Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunur:
- 09:00-13:00 – birinci növbə,
- 14:00-18:00– ikinci növbə.
Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək.
Könüllü olmaq istəyən gənclər özləri haqqında məlumatı (CV) göndərə bilərlər :
– Email : sendekonulver@binegedi-ih.gov.az
– Əlaqə telefonları : +994125624832 (daxili 504)
+994774875000