Binəqədidə maskalı şəxs bıçaqla mənzilə basqın etdi

0
54
ogurluq-cinayet-polis

Bakıda mənzilə basqın olub.

Bineqedi.info saytı trend-ə istinadən xəbər verir ki, hadisə iyulun 1-də Binəqədi rayonu ərazisində baş verib. Rayon sakini, 1977-ci il təvəllüdlü V. Kubryanov ərizə ilə polisə müraciət edərək səhər saatlarında naməlum şəxsin maskalı vəziyyətdə onun mənzilinə daxil olaraq, ona bıçaqla hədə-qorxu gəlib televizor və digər məişət əşyalarını quldurluq yolu ilə taladığını bildirib. Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci təvəllüdlü Mayis Abbasov saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləSərt karantin rejimi iyulun 20-dək uzadıldı – Rəsmi
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah monitorinq keçirir