Binəqədi Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah monitorinq keçirir

0
52

Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən monitorinqlər keçirilir.
Bineqedi.info-ya verilən məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın və rayonda fəaliyyət göstərən təbliğat qruplarının üzvlərinin iştirakı ilə rayon ərazisində fəaliyyətinə icazə verilən müəssisə və obyektlərə baxış keçirilərək, xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi ilə bağlı sanitar qaydalara əməl olunmasının vacibliyi çatdırılıb.
Həmçinin mobil qruplar tərəfindən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə mütəmadi olaraq qida məhsullarının satışını həyata keçirən obyektlərdə, bazarlarda, ictimai-iaşə müəssisələrində, müxtəlif xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.
Bununla bərabər əhali arasında yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaya riayət olunması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi maskalardan, həmçinin dezinfeksiya məhsullarının istifadənin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.

Bineqedi.info

bineqedi-profilaktik-tedbirler

 

bineqedi-monitorinq

bineqedi-monitorinq

Əvvəlki məqaləBinəqədidə maskalı şəxs bıçaqla mənzilə basqın etdi
Növbəti məqalədəİcazəsi olanlar bu saatlarda maşından istifadə edə bilməz – AÇIQLAMA