Binəqədidə taksi sürücüsünə qarşı cinayət

0
41
bineqedi

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə oktyabrın 12-də saat 16 radələrində C.Xəndan küçəsində Bakı şəhər sakini G.Qarayevin idarə etdiyi “Priora” markalı avtomobildə olan 2 sərnişinin onu bıçaqla hədələyib, 35 manat pulunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Qafarov müəyyən edilərək saxlanılıb, digər bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Binəqədi rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri davam etdirilir.teleqraf.com

Əvvəlki məqaləBinəqədidə əl qumbarası tapıldı – FOTO
Növbəti məqalədə Tullantıların idarə olunması ilə bağlı layihənin icrası davam edir