Tullantıların idarə olunması ilə bağlı layihənin icrası davam edir

0
54
zibil-qabi-tullanti

“Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində tədbirlərin təşkili” adlı layihəsini Sumqayıt şəhərində icra edir.

Bineqedi.info saytına verilən məlumata görə, layihənin məqsədi plastik qablaşdırma tullantılarının yaranmasının qarşısının alınması, istifadədə olan plastik qablaşdırmanın təkrar istifadəsi, istifadəsi mümkün olmayan tullantıların isə emalı ilə ətraf mühitə təsirlərin azaldılmasıdır.

Layihənin icra qrupu tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsinin beynəlxalq təcrübəsi araşdırılıb və öyrənilib. Sumqayıt şəhərinin nümunəsində Azərbaycanda bərk məişət tullantılarının, o cümlədən plastik qablaşdırma tullantılarının idarə edilməsi qaydası, Azərbaycanda qəbul edilmiş siyasi sənədlər və ölkənin iqtisadiyyatının inkişafı və ətraf mühitin mühafizəsi hədəfləri əsas götürülərək istehsalçının genişləndirilmiş məsuliyyəti əsasında Azərbaycan üçün plastik qablaşdırma və onların tullantılarının modeli hazırlanıb və əsaslandırılıb. Hazırlanmış model mütəxəssislərlə və ictimaiyyət nümayəndələri ilə fərdi məsləhətləşmələr aparılaraq müzakirə edilib.

Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bir sıra qablaşdırma məhsullarını istehsal və idxal edən şirkətlərin iştirakı ilə Sumqayıt şəhərində “Asan Könüllülər” tərəfindən icra olunan pilot layihəsi ilə əlaqəli şəkildə həyata keçirilir.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə taksi sürücüsünə qarşı cinayət
Növbəti məqalədəYol polis əhaliyə müraciət etdi