Binəqədi rayonunda fəaliyyət göstərən 274, 291, 296 və 298 nömrəli körpələr evi-uşaq bağçalarında Anım Günü tədbirləri keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, balacaların ifasında Vətənə, igid oğullarımıza, şəhidlərə həsr edilmiş şeir və səhnəciklər nümayiş etdirilib.
Tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaq, uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və istedadlarını üzə çıxarmaqdan ibarət olub.
Tədbirlər çərçivəsində şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Bineqedi.com