Kənd Təsərrüfatı muzeyi Binəqədi ərazisində 1924-cü ildə yaradılıb – FOTO

0
106
kend-teserrufati-muzeyi-bineqedi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Muzeyi “Baytarlıq şəhərciyi”nin binasının 5-ci mərtəbəsində fəaliyyət göstərir. Muzey 1924-cü ildə yaradılıb. Muzeydə Azərbaycanın kənd təsərrüfatı və kənd sakinlərinin iş və məişət şəraitini əks etdirən 15 mindən çox maraqlı eksponat yerləşdirilib. Burada Qobustan qoruğunun maketi, İpək yolu xəritəsi, müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı bölgələrində istifadə edilən kənd təsərrüfatı alətləri, XVIII-XIX əsrə aid insanların məişətini və təsərrüfat həyatını əks etdirən eksponatlar nümayiş olunur. Muzeydə müxtəlif bölmələr də var. Bu bölmələr maraqlı eksponatlarla zəngin olmaqla yanaşı, ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrinin zəngin tarixindən, onların inkişaf mərhələsindən xəbər verir, xalqımızın bu sahədə də zəngin ənənələrə malik olduğunu nümayiş etdirir.

Əvvəlki məqaləBinəqədi rayon orta ümumtəhsil məktəblərinin SİYAHISI
Növbəti məqalədəBİNƏQƏDİ RAYON İcra Hakimiyyəti başçısının müavinləri