Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir!
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi Gənclər Evində keçiriləcək olan layihənin növbəti görüşü “Gənclər informasiya müharibəsində” mövzusunda jurnalist və teleaparıcı Aytən Səfərova ilə olacaq.
Xatırladaq ki, Aytən Səfərova 1998-2015-ci illərdə “ANS” teleradio yayım şirkətində çalışıb. Hazırda “Xəzər” televiziyasında “Xəbər ertəsi” verilişinin aparıcısıdır və media sahəsində mütəxəssisdir.
Tarix: 22 sentyabr
Saat: 12:00
Məkan: Binəqədi Gənclər Evi
