“Azəriqaz”ın rəhbəri işdən çıxarıldı – Yeni təyinat

0
69

Növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılıb.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad olunub.

Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin digər sərəncamı ilə onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor təyinat xəbərini təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: “Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Qeyd edək ki, Əkbər Hacıyev “Azəriqaz”ın sədri postuna 2009- cu ildə təyin olunub. O, 10 il bu vəzifəni icra edib.

R. Əliyev isə həmin qurumda satış və istismar üzrə müavin vəzifəsində çalışıb.modern.az

Əvvəlki məqaləBinəqədidə “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində növbəti təqdimat baş tutub
Növbəti məqalədəBinəqədidə ər arvadını bıçaqlayıb