Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9136
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ə.Naxçıvani 3 saylı binada liftin düyməsinin işləməməsi, Ə.Naxçıvani 33b saylı ünvanda həyətdə işıqlanmanın bərpa olunması, Ə.Naxçıvani 4a saylı ünvanda həyətin asfaltlanması, F.Məlikov 1 saylı ünvanda dayanacaqda olan ağacın budanması, Azadlıq pr. köməkçi yolda Azərsu tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpa edilməsi, Azadlıq pr, ev 180/20 Azərsu tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpa edilməsi ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Əvvəlki məqaləBinəqədidə test imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüş keçirilib – FOTO
Növbəti məqalədəSənədsiz evlər problemi: Yüzlərlə ailə çıxarış gözləyir