Hərbi qulluqçuların təhsillə əlaqədar sərəncamda olma müddətlərinə dəyişiklik edilir

0
9124

Hərbi qulluqçuların təhsillə əlaqədar sərəncamda olma müddətlərinə dəyişiklik edilir.

Bineqedi.com report-a istinadla xəbər verir ki, bununla əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.

Sənədə əsasən, qanuna əlavə edilməsi nəzərdə tutulan 38.2.1-1 maddəyə görə, hərbi qulluqçular əyani təhsil almaqla əlaqədar, vəzifədə saxlanılması mümkün olmadığı hallarda təhsil müddətində sərəncamda olacaqlar.

Bakalavr təhsili alan və 10 ildən az müddətə xidmət edən zabitlər ehtiyatda olmağın son yaş həddinə çatmadan öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıla biləcəklər.

Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.

Qüvvədə olan qanuna əsasən, həqiqi hərbi xidmət dövründə Azərbaycanda və xaricdə ali təhsil müəssisələrinin magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) 10 ildən az müddətdə xidmət etmiş kadr zabitlər də öz arzusu ilə ehtiyata buraxıla bilirlər.

Təklif edilən dəyişikliklə isə bu siyahıya bakalavr təhsili də əlavə edilir.

Əvvəlki məqaləPrezident: “Rebuild Karabakh” sərgisinin əhəmiyyətinin ildən-ilə artması məmnunluq doğurur”
Növbəti məqalədəAzərbaycanda yaşa görə müavinət alanlara ŞAD XƏBƏR – VİDEO