Yeni Azərbaycan Partiyası (YAP) tarixi bir zərurətdən meydana gəlib. Bu təşkilat yarandığı gündən etibarən çox keşməkeşli və çətin yollardan keçib.
Bineqedi.com xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyalarından güc alan 33 il – Bir qərinəlik yol” adlı tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov deyib.
O qeyd edib ki, həmin keşməkeşli dövrdə xalqın məhz Ulu Öndər Heydər Əliyev kimi uzaqgörən və qətiyyətli bir liderə böyük ehtiyacı var idi. Məhz belə bir tarixi şəraitdə Yeni Azərbaycan Partiyası yaranıb.
“YAP Ulu Öndərin başlatdığı, xalqa arxalanan siyasəti bu gün də uğurla davam etdirir. Artıq ölkəmiz inkişafın yeni bir mərhələsinə qədəm qoyub və biz Ulu Öndərin görmək istədiyi güclü və müasir Azərbaycan naminə çalışmağa davam edirik. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Dövlətimizin başçısı daim Azərbaycan xalqının rifahının və xoşbəxtliyinin təminatçısına çevrilib. Onun həyata keçirdiyi siyasətin əsas prinsipi “güclü iqtisadiyyat, güclü ordu” prinsipidir və bu yol Azərbaycanı böyük Zəfərə aparan yol olub”, – deyə V.İsmayılov bildirib.

















