9 noyabrda ölkədə keçirilən növbədənkənar parlament seçkiləri arxada qaldı.
Bineqedi.info saytı xəbər verir ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Milli Məclisə seçkilrədə ən çox səs toplayan Səbinə Xasayeva ən gənc deputatdır.
Onun 26 yaşı var.
Səbinə Xasayeva bundan öncə Lökbatan bələdiyyəsinin sədr müavini olub. O, 1993-cü ildə anadan olub.
Onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.
Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrə görə nəticələri YAP-ın namizədi 37 məntəqə üzrə 48.5 faiz səs toplayaraq qalib gəlib.
Bineqedi.info