Binəqədi rayonu ərazisindəki anbarların birindən 2,5 tona yaxın soya yağını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə fevralın 6-na keçən gecə rayon ərazisindəki anbarların birindən 2,5 tona yaxın soya yağının oğurlanması barədə müraciət daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Atakişiyev, Biləsuvar rayon sakinləri S.Əliyev və E.Əmirbəyli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.