Binəqədidə 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı

0
10988

Bakıda mənzildən meyit tapılıb.

Bineqedi.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 31-də yerləşən binadakı evlərin birində baş verib.

Saatlı rayon sakini 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.

Qeyd edək ki, Xubayar Rüstəmzadə ölkədə tanınmış banklardan birinin bölmə rəhbəri olub. O, həm də Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti kimi tanınıb.

Əvvəlki məqaləMaaşdan tutulmaların həddi müəyyənləşib – Kimlərə aiddir?
Növbəti məqalədəBinəqədidə vətəndaş məmnunluğu əsas prioritetdir: Səyyar qəbullar və operativ həll mexanizmi